Tualetdə oturarkən telefonda sosial şəbəkələri skrollamaq və ya xəbərlərə baxmaq bir çoxları üçün vərdişə çevrilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yeni araşdırma göstərib ki, bu, sağlamlığa ciddi ziyan vura bilər.
Smartfon istifadəçiləri tualetdə telefon götürməyənlərə nisbətən orada xeyli çox vaxt keçirirlər. Bu isə babasil (gemorroya) tutulma riskini artırır. Tualetdə smartfondan istifadə babasil ehtimalını 46 faiz yüksəldir. Biz müasir qurğuların sağlamlığa təsirini araşdırmağa davam edirik. Məlum olur ki, onların istifadəsinin yeri və üsulu belə nəticələr doğura bilər.
Araşdırmanın detalları
Tədqiqatda yoğun bağırsaq xərçəngi üçün skrininqdən keçən 125 nəfər böyüklər iştirak edib. Onların üçdə ikisi etiraf edib ki, tualetə gedərkən telefon aparırlar. Əksəriyyəti isə gənc insanlar olub. 37 faiz smartfon istifadəçiləri tualetdə 5 dəqiqədən çox oturduqlarını deyiblər. Telefonsuz olanlarda bu göstərici cəmi 7,1 faiz olub.
Ən çox edilən fəaliyyətlər: xəbərləri oxumaq və sosial şəbəkələrdə vaxt keçirmək. Daha az rast gəlinənlər: oyunlar, video izləmək, mesajlaşma və e-poçt. Əvvəlki bəzi araşdırmalardan fərqli olaraq, tualetdə gərginlik birbaşa hemorroya səbəb sayılmayıb.
Həkimlərin tövsiyəsi
Telefonu vannaya aparmayın, Tualetdə bir neçə dəqiqədən artıq qalmamağa çalışın.