Tez yuxuya getməyin   qeyri-adi üsulları
26 fevral 2024 10:58 (UTC +04:00)

Tez yuxuya getməyin qeyri-adi üsulları

Həkim və kardioloq Olqa Narodovskaya yuxunun keyfiyyətini yaxşılaşdırmaq və yuxusuzluqla mübarizə aparmağın üç sadə və qeyri-adi yolu haqqında danışıb.

Lent.az xəbər verir ki, mütəxəssis mümkün qədər tez yuxuya getmək üçün rahatlaşdırıcı fiziki məşqlərin və yataq otağında rahat hava istiliyinin vacibliyini qeyd edib.

Həkimin bədənin yuxarı hissəsindəki gərginliyi aradan qaldıracaq yoqa ilə məşğul olmağı tövsiyə edib.

Narodovskaya insanları otağı 17 dərəcəyə qədər ventilyasiya etməyə də çağırıb. Onun sözlərinə görə, bu temperatur keyfiyyətli yuxuya kömək edir. Mütəxəssis əlavə istirahət üçün şam yağı ilə aroma lampasının istifadəsini məsləhət görüb.

Həkim yatmazdan əvvəl burun yaxalamağı tez yuxuya getməyin üçüncü sadə yolu adlandırıb. Mütəxəssis gün ərzində burunda yığılan toz və selikin insana yaxşı nəfəs almağa imkan vermədiyini bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8379
avatar

Sevinc Fərid

Oxşar yazılar