Televizora çox baxmaq   XƏSTƏLİK YARADIR
14 dekabr 2022 16:29 (UTC +04:00)

Televizora çox baxmaq XƏSTƏLİK YARADIR

Uzun müddət televizora baxmaq xroniki ağrıları daha da artırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər 12 il ərzində aparılan böyük Avstraliya Diabet, Piylənmə və Həyat Tərzi Araşdırmasının (AusDiab) məlumatlarını təhlil ediblər. 

4000 iştirakçı bir neçə dəfə anketi cavablandırıb və onların xroniki ağrı səviyyələrini 100 ballıq şkala ilə qiymətləndirilib (0 şiddətli bədən ağrısı və 100 heç bir bədən ağrısının olmaması).

Araşdırma nəticəsində məlum olub ki, orta gündəlik televizora baxma vaxtı artdıqca, bədən ağrıları da artıb.

Məsələn, 50 yaşlı insanlar üçün orta bədən ağrısı hesabı ilkin olaraq 77 olub, təbii yaşlanma ilə ildə 0,3 vahid azalıb. Televiziyaya baxma vaxtının bir saat artması ağrının 0,7 vahid artmasına səbəb olub. II tip diabetli insanlarda ağrı dərəcələri daha da nəzərə çarpıb.

Alimlərin fikrincə, bu korrelyasiya oturaq həyat tərzi ilə bağlıdır. Fiziki aktivliyin artırılması xroniki sağlamlıq problemlərinin qarşısının alınması və müalicəsinin əsasını təşkil edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Fidan İlqar

Oxşar yazılar