Təhlükəli virusun yeni ştammının yayılması ilə bağlı  HƏYƏCAN TƏBİLİ
22 aprel 2024 19:24 (UTC +04:00)

Təhlükəli virusun yeni ştammının yayılması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri insanlar üçün böyük təhlükə yaradan H5N1 “quş qripi”nin yeni ştammının yayılması ilə bağlı həyəcan təbili çalır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, tədqiqatçılar bildirirlər ki, ABŞ-da iribuynuzlu heyvanlarda virusun yeni mutasiyaya uğramış versiyası aşkar edilib. Onun insanlara keçmə riski də xeyli artıb ki, bu da narahatlıq doğurur.

Qeyd olunur ki, mal-qarada “quş qripi” ilə təmasdan sonra yeni növ “quş qripi” qeydə alınıb, sonra xəstəlik insanlara keçib, lakin xəstəliyin gedişi normal olub və zərərçəkənlər sağalmağa başlayıb. Eyni zamanda, hesabatda altı ştatda 16 sürüdən olan heyvanların çöl quşları ilə təmasdan sonra yeni ştamma yoluxduğu bildirilir.

Alimlər virusun sürətlə mutasiyaya uğradığını və insanlara yoluxma qabiliyyətini, daha sonra isə insandan insana keçmə qabiliyyətini inkişaf etdirdiyini qeyd ediblər. Yüzlərlə hal sübut edir ki, bu xəstəlik orqanizmə ciddi ziyan vura bilər, çünki insanların bu xəstəliyə qarşı təbii immuniteti yoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3267
avatar

Oxşar yazılar