“Pivənin saxlanması və satışı qaydalarının pozulması mədə problemlərinə, zəhərlənmələrə səbəb ola bilər”.
Lent.az xəbər verir ki, bunu tanınmış immunoloq və allerqoloq Marina Apletaeva deyib.
Onun sözlərinə görə, pivə düzgün saxlanmasa onda patogen bakteriyalar çoxala bilər.
“Pivənin süzülməsi üçün nəzərdə tutulmuş təmizlənməmiş kran da qida zəhərlənməsinə səbəb olan vasitələrdən biridir”,- immunoloq bildirib.
Apletaeva pivədə kişi cinsi hormonlarına mənfi təsir göstərən fitoestrogenlərin olduğunu da deyib və buna görə kişilərə içkidən çox istifadə etməməyi tövsiyə edib.
Qeyd edək ki, daha əvvəl həkim-narkoloq Oleq Stetsenko sağlamlığa zərər vermədən insanların gün ərzində beş litrə qədər pivə içə biləcəyini demişdi.