Süd vəzi xərçəngi ilə bağlı MİFLƏR DAĞIDILDI
17 may 2023 11:02 (UTC +04:00)

Süd vəzi xərçəngi ilə bağlı MİFLƏR DAĞIDILDI

Həkim xərçəngin ümumi forması haqqında məşhur mifləri dağıdıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onkoloq-mammoloq Qurami Kvetenadze süd vəzi xərçəngi ilə bağlı yayılmış yanlış fikirləri təkzib edib.

O, geniş yayılmış xərçəng növü ilə bağlı mifləri dağıdıb. Həkim hormonal kontraseptivlərin qəbulunun süd vəzi xərçənginə səbəb olması ilə bağlı iddiaları rədd edib:

"Bu gün hormonal dərmanların süd vəzi xərçəngi riskini artırdığına dair birbaşa sübut yoxdur. Bundan əlavə, uzun müddət alt telli büstqalter taxmağın xərçəngə səbəb ola biləcəyi inancı yalandır. Dezodorantlar və tər əleyhinə vasitələrdən istifadə də bu xəstəliyin inkişaf riskini artırmır.

Bu yaxınlarda alüminiumlu dezodorantların və antiperspirantların süd vəzi xərçəngi riskinə təsiri ilə bağlı geniş araşdırma aparılıb. Bu araşdırma sübut etdi ki, alüminium tərkibi süd vəzi xərçəngi riskinin artmasına təsir etmir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394
avatar

Fidan İlqar

Oxşar yazılar