Soyuq suda üzmək faydalıdır? – Araşdırma bunları üzə çıxardı
11 dekabr 2022 17:30 (UTC +04:00)

Soyuq suda üzmək faydalıdır? – Araşdırma bunları üzə çıxardı

Buzlu suda üzmənin faydası olmadığı üzə çıxıb.

Lent.az-ın xəbərinə görə, Amerika Ürək Assosiasiyası araşdırmaların nəticəsində belə xəbərdarlıq edib.

Buzlu, soyuq suda üzməyin immun və ürək-damar sistemini gücləndirməsi ilə bağlı fikirləri təsdiqləyən sübutlar aşkarlanmayıb. Buzlu suda üzməyin ziyanları isə artıq məlumdur. Mənfi 15,5 dərəcə havada suda üzən zaman ürək döyüntüsü və qan təzyiqi qəfil artır, qan daha çox daxili orqanlara istiqamətlənir, aşağı və yuxarı ətraflarda qan dövranı minimuma enir. Bütün bunlar sürətlə hipotermiyaya yol açır. Uzun müddət soyuq suda olmaq ürək əzələsinə də zərər verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2883
avatar

Oxşar yazılar