Səhiyyə Nazirliyindən bayram günləri ilə bağlı XƏBƏRDARLIQ
28 dekabr 2024 09:47 (UTC +04:00)

Səhiyyə Nazirliyindən bayram günləri ilə bağlı XƏBƏRDARLIQ

Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip hallarının artması daha çox müşahidə edilir.

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin əhaliyə müraciətində bildirilib.

Qeyd olunub ki, hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə görə yüksək həssaslığa malik əhali qrupları hesab olunur.

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində, xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, həmçinin əl gigiyenasına riayət etməyi tövsiyə edir. Eyni zamanda, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi məqsədəuyğundur.

Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173
avatar

Oxşar yazılar