Səhər yeməyində yumurtanı belə YEMƏYİN! - İNFARKT
19 yanvar 2023 09:23 (UTC +04:00)

Səhər yeməyində yumurtanı belə YEMƏYİN! - İNFARKT

Səhər yeməyində yeyilən qidalar bədənimizə qalıcı təsir göstərməklə yanaşı, bütün günümüzə təsir edə bilər. Yumurta bizi uzun müddət tox saxlayan və sümük inkişafımızda mühüm rol oynayan qidalar arasındadır. Ancaq faydalı olduğu bilinən yumurtanın istehlakı çox təhlükəli xəstəliklərə səbəb ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər yumurtanın səhv istehlakı xərçəng kimi xəstəliklərin riskinin artırdığını deyib:

Yumurtaları adi şəkildə istehlak etməkdənsə, fərqli ləzzətlərlə dadlandırmağa üstünlük veririk. Yumurta tək başına sağlamlığın qoruyucusu olsa da, tərkibində doymuş yağ olan kolbasa, hisə verilmiş hinduşka, pastırma kimi qidalar insan sağlamlığını ciddi şəkildə təhdid edir.

Səhər yeməyində istehlak edilən yumurtalara donuz və kolbasa kimi ətlərin əlavə edilməsi çox yağ və natrium almanıza səbəb ola bilər. Gündəlik natrium qəbulunun 2,3000 milliqram olduğunu nəzərə alsaq, 115 milliqramlıq 1 dilim donuz əti gündəlik qəbulun 5%-nə uyğun gəlir. Eynilə, 790 milliqram natrium olan bir boşqab kolbasa gündəlik dəyərin 34%-nə uyğundur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Fidan İlqar

Oxşar yazılar