Saxta içkidən 17 nəfər öldü
04 dekabr 2024 15:16 (UTC +04:00)

Saxta içkidən 17 nəfər öldü

Türkiyənin İstanbul şəhərində son günlərdə saxta spirtli içkidən 46 nəfər zəhərlənib, onlardan 17-si ölüb. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəhərlənənlərdən 22 nəfəri xəstəxanaya yerləşdirilib. Onlardan 7-sininn vəziyyəti yaxşıdır, evə buraxılıb. 

Baş verənlərdən sonra polis Şişli, Beyoğlu, Kağıthane, Esenyurt, Ümraniye, Üsküdar, Sultangazi və Bakırköy rayonlarında xüsusi əməliyyat keçirərək, saxta alkoqollu içkilərin istehsalı və satışını təşkil edən 19 nəfəri saxlayıb.

Məhkəmə onlardan səkkizi barəsində həbs qərarı verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar