Samsungdan inqilab: Ağıllı saatlar ürək çatışmazlığını aşkar edəcək
04 oktyabr 2025 03:07 (UTC +04:00)

Samsungdan inqilab: Ağıllı saatlar ürək çatışmazlığını aşkar edəcək

0

Texnologiya nəhəngi Samsung, öz cihazlarını səhiyyədə yeni səviyyəyə çatdırmaq niyyətindədir.

Lent.az xəbər verir ki, şirkət tərəfindən hazırlanmış süni intellektlə işləyən alqoritmlər sayəsində brendin ağıllı saatları indi ürək çatışmazlığının əsas səbəblərindən biri olan sol mədəciyin sistolik disfunksiyasını (LVSD) aşkar edə bilir.

Bu texnologiya Cənubi Koreyada yerləşən Medical AI şirkəti ilə birgə işin məhsuludur.

Alqoritmlər artıq Koreyada yüzlərlə xəstəxanada istifadə edilən 12 aparıcı EKQ analiz sistemləri üzərində qurulub.

Bu sistem sayəsində Samsung, dünyada ilk LVSD aşkarlanması üçün ağıllı saatları rəsmi olaraq təsdiqləyıb.

Bu o deməkdir ki, xəstəlik hətta ürək çatışmazlığı riski olan və hələ simptomları olmayan insanlarda da erkən aşkarlana bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar