Qadın və kişi ürəkləri   stress hormonuna fərqli reaksiya verir
23 yanvar 2023 01:59 (UTC +04:00)

Qadın və kişi ürəkləri stress hormonuna fərqli reaksiya verir

Devisdəki Kaliforniya Universitetində hazırlanmış ürək görüntüləmə texnikası qadın və kişilərin ürəklərinin stress hormonu norepinefrinə (epinefrin və norepinefrin hormonlar kimi xidmət edən və katekolaminlər kimi tanınan birləşmələr sinfinə aid olan iki nörotransmitterdir-red.) fərqli reaksiya verdiyini göstərib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər geni dəyişdirilmiş siçanların norepinefrinə reaksiyasını tədqiq ediblər: onların ürəkləri orqanizmin norepinefrin reaksiyasını müşayiət edən kimyəvi reaksiya zamanı işıq saçıb. Bu hormon "mübarizə və ya uçuş" reaksiyasında iştirak edir, bu zaman orqanizm təhlükəni aradan qaldırmaq üçün səfərbər olur.

Nəticələr göstərib ki, erkək və dişi siçanların ürəkləri ilkin olaraq norepinefrin təsirinə oxşar reaksiya verib. Bununla belə, qadının ürəyinin bəzi nahiyələri kişidən daha tez normala qayıdır, bu, ürəyin elektrik fəaliyyətində fərqliliklərə gətirib çıxarır ki, bu da müəyyən aritmiya növləri ilə sıx bağlıdır.

Elm adamları aşkar etdikləri fərqlərin nə demək olduğunu hələ dəqiq bilmirlər, lakin bu kəşf kişilərdə və qadınlarda aritmiyaların niyə fərqli inkişaf etdiyini və dərmanlara niyə fərqli reaksiya verdiyini izah edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1635
avatar

Oxşar yazılar