"Pişik paraziti" insanın davranışını idarə edə bilər
07 avqust 2025 06:33 (UTC +04:00)

"Pişik paraziti" insanın davranışını idarə edə bilər

Pişiklərin dünya əhalisinin 60%-nə qədərini yoluxdurduğu "Toxoplasma gondii" paraziti insan beyninə nüfuz edə və nəzərə çarpmadan onun davranışına təsir göstərə bilər.

Lent.az MK.ru "Telegram" kanalına istinadən bildirir ki, bu qənaətə Qərb alimləri gəliblər.

Alimlərin fikrincə, bu, belə işləyir: parazit dofaminin - həzz hormonunun ifrazını stimullaşdırır. Nəticədə, beyin təkcə yemək və ya yatmaq kimi faydalı hərəkətləri deyil, həmçinin riskli olanları - aqressiya, impulsiv qərarlar və hətta təhlükəli cinsi əlaqələri də təşviq etməyə başlayır.

Əsas infeksiya mənbəyi isə pişiklərdir. Məhz onların orqanizmində parazit çoxalır və ətraf mühitə yayılır. Heyvan ilə, onun lotoku ilə (pişik üçün tualet, qum lotoku) və ya çiy ət ilə təmas vasitəsilə yoluxmaq mümkündür.

Alimlər hesab edirlər ki, Toxoplasma gondii" paraziti hiss olunmaz şəkildə şəxsiyyəti dəyişdirməyə, riskə, narahatlığa və hətta psixi pozğunluqlara meyilliyi artırmağa qadirdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220

Oxşar yazılar