Vinnitsa əyalətində COVID-19-a qarşı Comirnaty/Pfizer-BioNTech peyvəndi vurduran kişi bir neçə saat sonra vəfat edib.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 47 yaşlı kişi peyvənd vurulan sonra özünü yaxşı hiss edib. Təxminən 4 saat sonra ürək bulanması başlayıb və huşunu itirib. Təcili yardım briqadası gələndə isə kişinin öldüyü məlum olub.
Mərhumla eyni flakondan peyvənd olunmuş digər 5 nəfərin vəziyyəti qənaətbəxşdir.