Peyvənd əleyhinə təbliğat aparan  din adamı   COVID-19-dan öldü
01 dekabr 2021 19:46 (UTC +04:00)

Peyvənd əleyhinə təbliğat aparan din adamı COVID-19-dan öldü

Dəfələrlə peyvəndlərə qarşı çıxan pastor Markus Lemb COVID-19-a yoluxduqdan sonra ölüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Lemb Daystar Television mühafizəkar xristian televiziya şirkətinin yaradıcısı idi. 

Lemb 64 yaşında vəfat edib. Həyat yoldaşı infeksiyaya yoluxandan sonra ərinin pnevmoniya olduğunu, lakin obub hər şeyi nəzarətdə saxladığını bildirib. O qeyd edib ki, əri, televiziya şirkətinin proqramlarında mütəxəssislər tərəfindən səsləndirilən müalicə tövsiyələrinə əməl edib, onların dediklərinin hamısına 100 faiz inanıb.  

Bildirilir ki, koronavirus pandemiyası boyunca Daystar Televiziyası peyvəndlər haqqında yanlış məlumatlar yayıb. Efirdə olan bəzi qonaqlar təbabətlə heç bir əlaqəsi olmayan COVID-19 üçün sui-qəsd nəzəriyyələrini və müalicə üsullarını təbliğ edimlər. Məsələn, efirdə olan həkimlərdən biri koronavirusu hidroksiklorokinlə müalicə etməyi məsləhət görüb.

Baş ofisi Texasda yerləşən Daystar Televiziya şəbəkəsi bütün dünyada iki milyarddan çox tamaşaçıya çatan ABŞ-da ən böyük xristian şəbəkəsi və dünyada ikinci ən böyük xristian şəbəkəsidir.

Daystar Television Networkun baş ofisi Texasda yerləşir və ABŞ-da ən böyük xristian şəbəkəsidir. Televiziyanın bütün dünyada 2 milyarddan çox tamaşaçısı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Oxşar yazılar