Peyvənd əleyhinə çıxan  siyasətçi   COVID-19-dan öldü
26 avqust 2021 16:04 (UTC +04:00)

Peyvənd əleyhinə çıxan siyasətçi COVID-19-dan öldü

Peyvəndin əleyhinə çıxan Rusiya Kommunist Partiyası Yaroslavl regional fraksiyasının birinci katibi Aleksandr Vorobyov koronavirus infeksiyasından ölüb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, peyvənd əleyhinə olan siyasətçi, ağciyərinin 60 faiz zədəsi ilə bir COVID xəstəxanasına yerləşdirilib. Avqustun 12-də siyasətçi sosial şəbəkədəki blogunda özünü yaxşı hiss etdiyini yazıb, amma sonradan pisləşib.

Ürəyindəki problemlə də bağlı reanimasiyaya yerləşdirilən siyasətçi orada ölüb. 

Vorobyov məcburi peyvəndin əleyhinə idi və peyvəndlərə qarşı piketlərə çıxmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7113
avatar

Oxşar yazılar