Pendir və ya kəsmik:  50 yaşdan yuxarı insanlar üçün hansı daha sağlamdır?
01 aprel 2024 14:20 (UTC +04:00)

Pendir və ya kəsmik: 50 yaşdan yuxarı insanlar üçün hansı daha sağlamdır?

50 yaşdan sonra sümüklərinizi gücləndirmək və sınıq riskini azaltmaq üçün müntəzəm olaraq süd məhsulları istehlak etməlisiniz.

Lent.az xəbər verir ki, mütəxəssislər bu məqsədlər üçün kəsmik və pendir istehlak etməyi məsləhət görürlər.

Bəs, bunlardan hansı daha faydalı və sağlam hesab olunur?

Pendirdə kəsmikdən daha çox kalsium və zülal var, lakin ümumiyyətlə kəsmik orqanizm üçün daha faydalıdır. Fakt budur ki, pendir qaraciyər və böyrəklərə güclü yük verir.

Pendirin yüksək kalorili məhsul olduğunu da nəzərə almaq lazımdır. Onun həddindən artıq istehlakı çəki artımına səbəb ola bilər.

Ancaq heç bir əks göstəriş yoxdursa, pəhrizdə hər iki məhsuldan istifadə etmək olar.
 

# 2061
avatar

Sevinc Fərid

Oxşar yazılar