Bəzi insanlar öz yataqlarını ev heyvanları ilə bölüşməyi sevmirlər. Buna görə də pişiyi qovmaqdan çəkinmirlər. Çünki bəziləri birgə yatmağın sağlamlığa zərər verə biləcəyinə inanırlar.
Lent.az xəbər verir ki, əslində pişiklərlə yatmağın da bir sıra faydalı xüsusiyyətlərə malikdir.
Təhlükəsizlik
Maraqlı fakt ondan ibarətdir ki, ev heyvanı ilə birlikdə yatmaq hər ikinizdə təhlükəsizlik hissi verəcək. Və əgər bir pişik üçün bu fakt obyektivdirsə (sahibi lazım gələrsə, hər şeyi qoruyacaq), onda bu, şüuraltı səviyyədə bir insana təsir göstərir.
Depressiya
Bu vəziyyətə meyllisinizsə, o zaman ev heyvanınızı yataqdan çıxarmağa çalışmamalısınız. Birgə yatmaq əhvalınızı xeyli yaxşılaşdıracaq.
Stress
Əgər tez-tez əsəb gərginliyi hiss edirsinizsə, o zaman siz də yataqda pişiklərə daha sadiq olmalısınız. Birgə yatmaq ruhunuzun dincliyini bərpa etməyə kömək edə bilər.