Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi
06 may 2024 09:57 (UTC +04:00)

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

Belçikanın "Molenbek" klubunun hücumçusu Jeff  Ren-Adeled oyun zamanı başına topun dəyməsi nəticəsində huşunu itirib.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, topdan üzünə güclü zərbə alan 26 yaşlı fransız 10 dəqiqə huşunu itirib, bundan sonra təcili xəstəxanaya yerləşdirilib.

Ren-Adeled daha sonra sosial şəbəkədə bir mesaj yayımlayıb: “Dəstək sözlərinə görə hər kəsə təşəkkür edirəm. Zərərdən daha çox qorxu var idi”. Hazırda futbolçunun diaqnozu məlum deyil.

Jeff  Ren-Adeled Fransanın müxtəlif yaş qruplarından ibarət gənclər komandalarında çıxış edib. O, 2015-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionu olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Oxşar yazılar