"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
05 may 2024 19:05 (UTC +04:00)

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

“Xetafe” “Mançester Yunayted”ə məxsus olan hücumçu Meyson Qrinvudu heyətində saxlamaq istəyir.

Apasport.az xəbər verir ki, klublar artıq icarə müddətinin mümkün uzadılmasını müzakirə edirlər. "Qırmızı şeytanlar" Qrinvudu satmaqda maraqlıdır, bu səbəbdən onlar "Xetafe"nin futbolçunu tam transfer etməsini istəyir.

Hücumçunun mankunianlılarla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. 

# 1812
avatar

Oxşar yazılar