Blogger Hüseyn Həsənovun  milyonlarla dollarlıq   vergi borcu var – İDDİA
05 may 2024 15:37 (UTC +04:00)

Blogger Hüseyn Həsənovun milyonlarla dollarlıq vergi borcu var – İDDİA

Azərbaycan əsilli rusiyalı blogger Hüseyn Həsənovun 153 milyon rubl (1 milyon 700 min dollara yaxın) məbləğində vergi borcu olduğu məlum olub. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qeyd olunur ki, mayın 1-də Federal Vergi Xidməti bloqqerə 153 milyon rubl borcunu ödəməyi əmr edib. Səhərisi gün R.Həsənovun pay sahibi olduğu “Banda Foods” şirkətinin hesabları bağlanıb.

Təşkilatın  restoranlar və yeməklərin çatdırılması ilə məşğul olduğu məlumdur. Bloklanmasına səbəb kimi vergi bəyannaməsinin təqdim edilməməsi göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3855
avatar

Oxşar yazılar