Pəhriz zamanı çox vaxt edilən ümumi səhvlər kilo itkisini yavaşlatır.
Lent.az xəbər verir ki, bu zaman insanlar pəhrizin nəticə verməməsi ilə bağlı şikayətlənir. Təbii ki, bu da insanların motivasiyasını aşağı salır.
Diyetada edilən ümumi səhvləri təqdim edirik:
Sürətli diyetalara aldanmamaq
Tez bir zamanda 10 kiloqram arıqlamağa imkan verəcək bir pəhrizə başlayırsınız. Amma qaçırdığınız bir neçə məqam var. Birincisi, bədəninizə lazımından az kalori qəbul etdikdə maddələr mübadiləsi ləngiyir.
Tutaq ki, istədiyiniz çəkiyə qısa müddətdə çatırsınız. Bu zaman isə yaddan çıxarmayın ki, bu, qalıcı olmayacaq.
Qarşıya real məqsədlər qoymaq
Arıqlamağın əsas məqsədi sağlam şəkildə çəki itirməkdir. İlk həftədə 10 kilo arıqlamaq kimi böyük və yanlış gözləntilərə girməyin. Bu sizin motivasiyanızı aşağı sala bilər.
İtirilən çəki insandan insana dəyişir və özünüzü başqaları ilə müqayisə etməyin.
Mütləq səhər yeməyi yeyin
Səhər yeməyini etməmək kaloriləri azaltmaq üçün sadə bir yol kimi görünsə də, günün qalan hissəsində insanda aclıq hissi yaradır. Bu, planlaşdırılmamış qəlyanaltılara və naharda çox böyük porsiya yeməyə gətirib çıxarır. Bu da kalorilərin artmasına səbəb olur. Lakin protein və liflə zəngin səhər yeməyi gün ərzində aclığı azaldır.
Çoxlu su için
Bu, ən sadə pəhriz səhvlərindən biridir. Su kalori yandırmaq üçün vacibdir. Özünüzü susuzlaşdırsanız, maddələr mübadiləsi yavaşlayacaq. Bu da daha yavaş kilo itkisi deməkdir. Odur ki, hər əsas yeməkdən və ya qəlyanaltıdan əvvəl bir stəkan su için.