Payızda immuniteti gücləndirən  məhsullar
07 noyabr 2023 10:47 (UTC +04:00)

Payızda immuniteti gücləndirən məhsullar

Payızda immunitet sistemini gücləndirmək üçün daha çox reyhan, şüyüd və cəfəri yemək lazımdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri tibb elmləri namizədi, dietoloq Andrey Bobrovski bildirib.

“Yaşıl bitkilər immunitet sistemini gücləndirməyə və orqanizmi infeksiyalardan qorumağa kömək edən C vitamini və antioksidantlarla zəngindir. İlk növbədə reyhan, şüyüd və cəfəriyə diqqət yetirmək lazımdır”, - mütəxəssis belə izah edib.

Payızda yetişdirilən göyərti ən çox qida maddəsi ehtiva edəcəyini vurğulayıb. Eyni zamanda ekspert qeyd edib ki, onu təzə, heç bir yeməyə qatılmadan istehlak etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6282
avatar

Fidan İlqar

Oxşar yazılar