Amerikalı həkim Lüsiya Qarsia uzunmüddətli araşdırmalardan sonra orqanizmə ən çox fayda verən ət növünün adını açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimin fikrincə, ən faydalısı toyuq ətidir. Toyuq əti həm faydalı, həm ləzzətli, həm də ucuzdur.
Toyuq əti zəngin zülal mənbəyidir. Yağlılığı isə cəmi 5 faiz təşkil etdiyinə görə, həm də əla pəhriz yeməyi sayılır.
Həmçinin fosfor, dəmir, mis, sink kimi minerallarla, B12, B6, A , D, K, C və E vitamini ilə zəngindir.