“Omicron”un yeni alt növünə yoluxan  ilk insan öldü
21 aprel 2023 19:52 (UTC +04:00)

“Omicron”un yeni alt növünə yoluxan ilk insan öldü

“Omicron”un XBB.1.16 (Arcturus) adlı yeni alt variantı ilk insan ölümünə səbəb olub. 

Lent.az “The İndependent”ə istinadla bildirir ki, bu, aprelin 19-da Taylandda baş verib.

“Yaşlı bir əcnəbi subvariantdan ölüb”, - Tibb Elmləri Departamentinin baş direktoru Supakit Sirilak bildirib. Onun sözlərinə görə, mərhumun səhhətində müəyyən problemlər olub.

"Onun ölümü birbaşa bu alt variantın şiddətini əks etdirə bilməz, əksinə onun digər risk faktorlarına təsirini əks etdirə bilər", - o deyib.

Hazırda Tailandda 27 “Arcturus” yoluxma faktı var.

Viroloqlar hesab edirlər ki, “Arcturus” tezliklə Tailandda dominant subvariant ola bilər.

Aprelin 9-dan aprelin 15-dək virusun bu yarımnövü ilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı əvvəlki həftə ilə müqayisədə 2,5 dəfə artıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Oxşar yazılar