Ofis işçilərinin  sağlamlığı   təhlükədədir - Bunlara diqqət edin
01 aprel 2024 12:52 (UTC +04:00)

Ofis işçilərinin sağlamlığı təhlükədədir - Bunlara diqqət edin

Uzun müddət bir yerdə oturmaq zərərlidir. Bu, əzələlərin zəifləməsinə və hətta depressiyaya səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri reabilitasiya üzrə mütəxəssis Sofiya Aqapova deyib.

Mütəxəssisin qeyd etdiyi kimi, bir yerdə altı saatdan çox oturmaq olmaz. 
Bundan əlavə, kompüterdə işləyən oturaq insanlarda orqanizmi enerji ilə təmin edən mitoxondriyaların sayı azalır.

Həkim onu da əlavə edib ki, piylər yığılmağa başlayır, qanda şəkərin səviyyəsi yüksəlir və iltihabi proseslər baş verə bilər. Oturaq həyat tərzinə görə sinir sisteminin depressiyası baş verə bilər. Nəticə depressiyadır. Ancaq vaxtında tədbirlər görülsə, vəziyyəti düzəltmək olar.

Agapova deyib ki, iş gününü gəzinti, qaçış və ya hər hansı digər fəaliyyətlə şaxələndirmək məsləhətdir. Bu, sağlamlığınızı qorumağa və enerjinizi artırmağa kömək edəcəkdir.

# 1857
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar