Metrodakı hava  sağlamlıq üçün təhlükəlidir   - AÇIQLAMA
20 dekabr 2022 18:15 (UTC +04:00)

Metrodakı hava sağlamlıq üçün təhlükəlidir - AÇIQLAMA

Metrolarda insan sağlamlığı üçün təhlükə yaradan çoxlu miqdarda xırda hissəciklər aşkarlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qatar əyləc bloklarının istismarı vaxtı, eləcə də təkərlərin relslərdə sürtünməsi zamanı əmələ gələn, ölçüləri 5-500 nm arasında dəyişən dəmir oksidi nanohissəcikləri araşdırılıb. Məlum olub ki, bu kiçik ölçülü hissəciklər (qırmızı qan hüceyrəsindən kiçik) sərnişinlərin qan dövranına asanlıqla daxil olurlar.

Daha sonra London metrosunun əsas xətlərindəki kassaları və maşinistlərin kabinələrindəki hava filtrlərindən toz nümunələri toplanılıb. Analiz üçün onlar ən kiçik hissəcikləri belə müəyyən edə bilən yeni üsuldan istifadə ediblər.

Tədqiqatlar göstərib ki, bu zərərli maddələr Alzheimer xəstəliyi və bakterial infeksiya riski ehtimalını artırır.  

Alimlər hesab edirlər ki, maqnit və daha səmərəli ventilyasiya sistemi insanları dəmir oksidi hissəciklərinin zərərli təsirlərindən qoruya bilər. Hələlik isə maşinistlərin adi maskalarından istifadə etməsi məsləhətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2133
avatar

Sevinc Fərid

Oxşar yazılar