Məşq etmək insult riskini AZALDIR
23 may 2023 16:09 (UTC +04:00)

Məşq etmək insult riskini AZALDIR

Gothenburq Universitetinin alimləri müəyyən ediblər ki, məşq edən insanlarda ağır insult riski aşağı olur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müntəzəm olaraq idman edən insanların xəstəxanaya yerləşdirildiyi müddətdə beyin qanaması orta hesabla 50 faiz daha az olub. 

Müəlliflər iş zamanı 2014-2019-cu illər arasında beyindaxili qanaxma səbəbindən xəstəxanaya yerləşdirilən 686 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılardan xəstəxanaya yerləşdirmədən əvvəl fiziki fəaliyyətin tezliyi barədə sorğu-sual olunub. Hətta gəzinti, velosiped sürmək, üzgüçülük, bağçılıq və ya rəqs etmək kimi yüngül intensivlikli fəaliyyətlər də fiziki fəaliyyət hesab edilirdi, lakin həftədə dörd saatdan az olmamalıdır.

Tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm məşq edən insanlarda qanaxma həcmi daha az olub. Fiziki aktiv insanlarda qanaxmanın həcmi həm beynin tez-tez yüksək qan təzyiqi ilə əlaqəli olan dərin nahiyələrində, həm də demansla əlaqəli daha çox xarici nahiyələrdə azalıb.

Tədqiqatçılar indi ümid edirlər ki, onların kəşfi insultun qarşısının alınmasının yeni üsullarının əsasını təşkil edəcək, həmçinin beyindaxili qanaxma haqqında daha ətraflı məlumat verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464
avatar

Fidan İlqar

Oxşar yazılar