Bəzi sosial media istifadəçiləri bir-birinə uyğun gəlməyən qidaların daimi gördükdə onun sağlam ola biləcəyinə inanır. Ancaq videoların çoxunun heç bir əsası olmadığı üçün diqqətli olmaq lazımdır.
Bəziləri limonlu qəhvənin arıqlamağa kömək edə biləcəyini deyir, bəziləri isə içkini sızanaqlara qarşı dərman hesab edir. Əslində, insan sağlamlığı üçün sübut edilmiş heç bir fayda yoxdur.
Limonlu qəhvə içsəniz bədənə nə olacaq?
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qəhvə və limonun faydalı xüsusiyyətləri olduğunu başa düşmək vacibdir - kofein və C vitamini rifahınızı yaxşılaşdıra bilər.
Amma gündə bir neçə fincan qəhvə içsəniz, təzyiqiniz yüksələcək və mədə yanması yaranacaq. Həddindən artıq limon turşusu diş minasını məhv edir.
Limonlu qəhvənin artıq çəki, ishal, baş ağrılarını aradan qaldırdığı, sağlamlığı və immuniteti yaxşılaşdırdığına dair heç bir sübut yoxdur.