Koronavirusun DAHA BİR FƏSADI:  Bu insanlarda...
20 iyul 2022 19:28 (UTC +04:00)

Koronavirusun DAHA BİR FƏSADI: Bu insanlarda...

COVID-19-dan sağalmış 52 yaşdan yuxarı yetkinlərdə depressiya və artan narahatlıq kimi psixi sağlamlıq problemlərinin yaranması ehtimalı iki dəfə çoxdur. 

Lent.az xəbər verir ki, bunu Böyük Britaniyanın London Universitet Kollecinin alimləri müəyyən ediblər.

Tədqiqatçılar uzunmüddətli qocalma ilə bağlı araşdırmada iştirak edən 52-74 yaş arası 5146 nəfərin göstəricilərini təhlil ediblər. 2020-ci ilin iyun-iyul aylarında keçirilən sorğunun nəticələri göstərib ki, COVID-19 infeksiyası keçirmə ehtimalı olan yaşlı insanların 49 faizində depressiyanın klinik əlamətləri, yoluxmayan insanların isə 22 faizində belə simptomlar var.

Semptomlar infeksiyanın şübhəli başlanğıcından altı aya qədər davam edib və 2020-ci ilin noyabr-dekabr ayları arasında aparılan ikinci qiymətləndirmə nəticəsində daha da pisləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3210
avatar

Oxşar yazılar