Koronavirusdan  ölənlərin sayı   KƏSKİN ARTIB - RƏSMİ
02 fevral 2023 14:47 (UTC +04:00)

Koronavirusdan ölənlərin sayı KƏSKİN ARTIB - RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatı dünyada COVİD-dən ölümlərin son dörd həftə ərzində 65 faiz artdığını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 2-dən 29-a kimi dünyada 20 milyona yaxın insan koronavirusa yoluxub, 114 mindən çox insan ölüb.

Ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 65 faiz artıb, yoluxanların sayı 78 faiz azalıb. Ümumdünya Səhiyyə Təşkilatından verilən məlumata görə, dörd həftə ərzində dünyada 19 955 978 yoluxma halı, 114 372 ölüm halı qeydə alınıb.

28 gündə ən çox yoluxma Çində (11 354 058) aşkarlanıb. Siyahıda Çindən sonra Yaponiya (3 207 097), ABŞ (1 513 538), Koreya Respublikası (1 032 801) və Braziliya (459 986) gəlir.

Yanvarın 2-dən yanvarın 29-dək ən çox ölüm halını 62 759 nəfərlə Çində qeydə alınıb, ardınca ABŞ (14 625), Yaponiya (10 122), Böyük Britaniya (3 137) və Braziliya (2 889) gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2253
avatar

Fidan İlqar

Oxşar yazılar