Koronavirusdan daha  2 nəfər öldü   - SON STATİSTİKA
21 dekabr 2022 17:38 (UTC +04:00)

Koronavirusdan daha 2 nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 90 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 825 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 034 nəfər müalicə olunaraq sağalıb, 9 999 nəfər vəfat edib, aktiv xəstə sayı 623 nəfərdir.

Ölkədə son sutka ərzində 2 707, hazırkı dövrədək isə 7 412 931 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1536
avatar

Oxşar yazılar