Koronavirusa ən çox bu yaş qrupundan olan insanlar yoluxur? – Həkim  AÇIQLADI
07 may 2021 17:17 (UTC +04:00)

Koronavirusa ən çox bu yaş qrupundan olan insanlar yoluxur? – Həkim AÇIQLADI

COVID-19 virusu əsasən öskürmə və ya asqırma zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla yayılır. Heç bir xəstəlik əlaməti olmayan insandan yoluxma riski olduqca aşağıdır. İnsanların bir çoxunda COVID-19 virusunun əlamətləri özünü çox zəif büruzə verir. Bu əsasən xəstəliyin erkən mərhələsinə aiddir. 

Həkim-terapevt Şücaət Həşimov Lent.az-a açıqlamasında bildirib ki, virusa daha çox 30-59 yaş arası qrupundan olan insanlar yoluxur:

Həkim, terapevt Şücaət Həşimov

“Bu yaş qrupuna daxil olan insanların çoxu işləmək məcburiyyətindədir. İşlədikdə təbii ki, ərtafdakı insanlarla ünsiyyətdə olursan. Bu zaman virusa yoluxma halı artır”. 

Şücaət Həşimov 30-59 və ya digər yaş qrupunda olan şəxslərin virusdan qorunması üçün ciddi tədbirlərin demək olar ki, olmadığını bildirir:

“COVID-19 virusunun özünəməxsus heç bir seçim əlaməti yoxdur. Bunu yalnız ümumi şikayətlər fonunda müəyyən etmək mümkündür. Bu əlamətlər, halsızlıq, iştahsızlıq, ola bilər ki, iy və dad bilmənin itməsi olsun. Ona görə də hər bir şəxsin virusa yoluxma ehtimalı var”. 

Həkim koronavirusa yoluxan şəxslər arasında ölüm hallarının daha çox qeyd olunan yaş qrupunda müşahidə edildiyini bildirib:

“30-59 yaş aralığında virusa yoluxan insanların ölüm səbəbi yanaşı xəstəliklər və trambozun əmələ gəlməsidir”. 

Şücaət Həşimov sonda insanların peyvənd olunmasını məsləhət görür.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4449
avatar

Nigar Adil

Oxşar yazılar