Koronavirus necə idarə ediləcək? – Alimlər elə məqamları açdı ki...
28 iyul 2022 18:51 (UTC +04:00)

Koronavirus necə idarə ediləcək? – Alimlər elə məqamları açdı ki...

ABŞ-ın Tuleyn Universitetinin tədqiqatçıları bəyan edib ki, yarasaların genetik məlumatı gələcək pandemiyaların qarşısını almağa və idarə etməyə kömək edəcək. 

Lent.az xəbər verir ki, bu barədə “Proceedings of the Royal Society” jurnalı məlumat dərc edib.

Tədqiqatın müəlliflərindən biri Hannah Frank bildirib ki, yarasalar digər məməlilərə nisbətən daha tez-tez koronavirusla qarşılaşırlar:

“Heyvan mənşəli pandemiyalar patogenlərin yaranmasına cavab olaraq virusların təbii sahiblərinin necə təkamül etdiyini öyrənmək ehtiyacını şərtləndirir. Bu, gələcək pandemiyaları azaldacaq”. 

Komanda, həmçinin, COVID-19 və Yaxın Şərq tənəffüs sindromuna səbəb olan viruslar üçün reseptor kimi xidmət edən ACE2 və DPP4 genlərini araşdırıb. Alimlərin qənaətinə görə, bu genlər yarasalarda digər məməlilərə nisbətən daha yüksək seleksiya təzyiqi altındadır.

Alimlər viruslara məruz qaldıqdan sonra bədəndə qalan amin turşularını da tədqiq ediblər. Tədqiqatçılar ən azı 91 unikal amin turşusu ardıcıllığı tapıblar: yarasalarda 64, digər məməlilərdə isə 38.

Alimlərin fikrincə, bu, yarasalar və koronavirusların birlikdə təkamül keçirməsi deməkdir: “Bir sözlə, yarasa genomunun əlavə tədqiqi gələcəkdə koronavirus pandemiyasını azaltmağa və ya idarə etməyə kömək edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2415
avatar

Rəsul SARI

Oxşar yazılar