Koronavirus HEC qonşu ölkəyə  çatdı: Yoluxanlar var
25 sentyabr 2024 13:03 (UTC +04:00)

Koronavirus HEC qonşu ölkəyə çatdı: Yoluxanlar var

Bu yaxınlarda məlum olub ki, koronavirusun yeni variantı - HEC Rusiyaya çatıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qonşu ölkədə bu ştamla iki yoluxma halı aşkar edilib - Rostov vilayətində və Ufada.

Əlamətləri  

HEC-in iki əvvəlki variantın - FLiRT və “Omicron”un birləşməsindən əmələ gələn COVID-19 variantı olduğu bilinir. 

Əlamətlərə gəldikdə, onlar əvvəlki ştammlara xas olanlara bənzəyir: öskürək, burun axması, baş ağrısı, boğaz ağrısı, qızdırma. 

Bundan əlavə, qoxu və iştahın itirilməsi, sümük ağrıları, yorğunluq və bütün bədəndə ağrı ola bilər.

Virus hücumundan müdafiəni təmin etmək üçün tövsiyələr: 

- fərdi qoruyucu vasitələrdən istifadə etmək;

 – əllərinizi mütəmadi olaraq sabunla yuyun;

– xəstə insanlarla təmasda olmamağa çalışın;

- otaqları mütəmadi olaraq havalandırın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Oxşar yazılar