Kosmosda yaranan tor qişasının korluğu aradan qaldırdığı iddia olunub.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu iddia Beynəlxalq Kosmik Stansiyada aparılan təcrübə sayəsində ortaya çıxıb.
Belə ki, süni tor qişalarının mikroqravitasiyasıda yarandıqda daha təsirli olduğu məlum olub. Kosmosa göndərilmiş 200 qatlı tor qişasının Yerdə əmələ gələn qişalardan daha nizamlı olduğu aşkarlanıb. Bu nəticə isə korluğa səbəb olan bəzi fəsadların müalicəsi üçün ümid mənbəyi ola bilər.
Gələcəkdə bu tor qişalarından istifadə edərək yaxşı nəticələr əldə ediləcəyi ümid edilir.
Qeyd edək ki, işıq gözə daxil olduqdan sonra orqanın arxasındakı nazik təbəqə olan retinaya keçir və burada fotoreseptorlara qarşı həssas hüceyrələr onu elektrik siqnallarına çevirirlər. Daha sonra siqnallar təfsir üçün beyinə göndərilir.
Bu zaman bir çox göz xəstəlikləri fotoreseptorları zədələyir, bu da görmə problemlərinə və hətta korluğa səbəb olur.