Alimlər bel ağrısının qarşısını almaq üçün yeni tövsiyələr veriblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, avstraiyalı alimlər kəskin bel ağrıları zamanı əsaslı şübhələr yoxdursa, MRT aparatı ilə müayinəni istisna edirlər.
Mütəxəssislər ağrıkəsici preparatlar tətbiq etməklə bel ağrısından şikayətlənən pasiyentlərin fiziki aktivliyinin artırılmasını, plates və yoqa kimi yüngül idman növləri ilə məşğul olmalarını məsləhət bilirlər.
Alimlər hesab edir ki, pasiyentlərin 75 faizində bel ağrısı 6 həftə ərzində öz-özünə yox olur. Təbii ki, bura disk yırtıqları, onurğa problemləri, kəskin artritlər aid deyil.