Amerikalı alimlər uzun müddətdir xeyli miqdarda qırmızı ət istehlakının bağırsaqda bədxassəli şişlərin yaranmasına səbəb olduğunu deyirlər. Üstəlik kabab edilmiş ətin daha çox ziyanı varmış.
Lent.az-ın məlumatına görə, mütəxəssislər kababın mədəaltı vəzin xərçənginə səbəb olacağını bildirirlər.
Məsələ manqalda bişən ətin üzərində formalaşan kanserogen maddələrdədir. Mütəxəssilərin fikrincə, ət manqalda bişdikcə, onun üzərində yaranan zərif xırt - xırtlı hissədə konserogen maddələr yaranır. Halbuki əti qaynatdıqda və ya qızartdıqda bu hal baş vermir.
Amerikada 62 min kababsevər üzərində aparılmış araşdırmalar zamanı onlardan 208-də mədəaltı vəzin xərçəngi aşkarlanıb.
Həkimlər kababın xərçəng riskini azaltmaq üçün onu qara bibər tozu, rozmarin, soğan və sarımsaq kimi ədviyyatlarla dadlandırmağı təklif edirlər. Həmçinin ətin bir neçə saat öncədən müxtəlif bitkilərlə basdırma edilməsi də onun üzərindəki təhlükəli qatın yaranması riskini azaldır.