İnsanların həftəsonlarını uzanaraq keçirməsinin SƏBƏBİ  - Özünüzü düzəltməyin vaxtı gəldi
15 may 2023 19:36 (UTC +04:00)

İnsanların həftəsonlarını uzanaraq keçirməsinin SƏBƏBİ - Özünüzü düzəltməyin vaxtı gəldi

Bir çox insanlar həyatlarını texnologiyasız təsəvvür edə bilmir. Buna görə də tez-tez təbiətdə və ya restoranda dostları ilə dincəlmək əvəzinə, sosial şəbəkələrdə öz lentlərini yeniləyərək divanda uzanmağı seçirlər. Və bu zamanla adi hala çevrilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, psixoloq Mixail Labkovskinin boş vaxtın bu cür keçirilməsi həyatdan açıq-aşkar narazılıqdan xəbər verdiyini deyib.

Onun fikrincə, həyat zövqünün itirilməsi, harasa gedib nəsə etmək üçün motivasiyanın olmaması, həmçinin daimi yorğunluq və əsəbilik depressiyanın ilk “zəngləri” ola bilər. Və bu uzun müddət davam edərsə, bir mütəxəssisdən kömək istəmək lazımdır.

Çox vaxt insanlara uşaqlıqdan səhvsiz həyaq yaşamaq üçün lazım olan münasibət aşılanır. Nəticədə onlar böyüyür və öz qərarlarını qəbul etmək çətinləşir, çünki nəyin doğru olacağına şübhə edirlər. Belə insanlar daim dostların və astroloqların məsləhət və fikirlərinə ehtiyac duyurlar.

Ancaq öz istəklərinizin tam olmaması, öz zövqünüzü və üstünlüklərinizi dərk etmədən yaşamaq, başqalarının düşüncələrini, məqsədlərini qəbul etdiyinizə işarədir. Bu səbəbdən həyat darıxdırıcı olur, çünki insan vaxtını nəyə həsr etmək istədiyini bilmir.

Ətrafınızdakı dünya mənasız görünməyə başladısa, özünüzü düzəltməyin vaxtı gəlib. Psixoloq başqalarının nə deməsini düşünmədən öz arzularınızı gerçəkləşdirməyə başlamağı məsləhət görüb. Nə şeylərin əsl zövq gətirdiyini başa düşməli və həyatınızda onları artırmalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Fidan İlqar

Oxşar yazılar