İçimizdəki duyğular  hansı xəstəliklərə   səbəb olur?- Psixoloq danışır
28 dekabr 2023 16:35 (UTC +04:00)

İçimizdəki duyğular hansı xəstəliklərə səbəb olur?- Psixoloq danışır

Psixomatik araşdırmalara əsasən, insanın psixoloji emosiyaları orqanizmində müxtəlif xəstəliklər şəklində özünü göstərir.

Lent.az-ın xəbərinə görə, psixoloq Oleq Demyanenko emosiyalarımızın məhz hansı orqanlarımızı xəstələndirməsi barədə danışıb.

O bildirib ki, ifadə etmədiyimiz, içimizə atdığımız duyğular mütləq şəkildə xəstəlik formasında  üzə çıxır. Məsələn, qadınların kişilərə qarşı hiss etdiyi inciklik qadın orqanlarında, rəhmində və yumurtalıqlarında  müxtəlif şişlərin, miomaların, səpkilərin yaranmasına səbəb olur.

Əgər. həyatınıza müdaxilə edib, sizi idarə etmək istəyənlər varsa bu aqressiya dəridə səpki kimi özünü göstərir.

Əgər, həyat şərtləri ağırdırsa, sosial və iqtisadi problemlər sizi gərirsə bu bel, baş və ayaq ağrıları şəklində özünü göstərir.

İnsan istəmədiyi kimi yaşayır, istəmədiyi şəkildə həyat yolunda addımlayırsa, bu ağrı ayaqlarda üzə çıxır.

Əsəbini udub, içində yaşayan adamların ödü və ciyərləri ağrıyır.
İnadkar, öz bildiyindən başqa heç bir fikri qəbul etməyənləri boyun ağrıları daha çox incidir.

Pul və aldığı məsuliyyətə görə, problemlərin öhdəsindən gələ bilməyənlərin beli və belətrafı ağrıları çox olur.

Kədərlənəndə çox yeyir və özünüzü doymuş hiss etmirsiniz? Bu psixoloji aclıqdır. beyin özünü komfortlu hiss etmək üçün duyğularınızdan ala bilmədiyiniz svinci yeməkdən almağa çalışır.

Bax belə. Ağrılarınız əslində həm sizə, həm də ətrafınızdakılara SOS siqnalı göndərir. Özünüzü dinləyin.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3090
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar