Həzmi rahatlaşdırır, depressiyanı yüngülləşdirir – Bu çaydan için
15 fevral 2023 12:35 (UTC +04:00)

Həzmi rahatlaşdırır, depressiyanı yüngülləşdirir – Bu çaydan için

Dazıotu çoxillik qayalarda bitən və günəşi sevən bitkidir.

Lent.az mütəxəssislərə istinadən bildirir ki, tərkibi flavonoidlər, saponinlər, karotin və askorbin turşusu ilə zəngindir. Mədə-bağırsaq xəstəlikləri zamanı büzücü, iltihab əleyhinə, antimikrob təsir göstərir, toxumalarda regenerasiyanı sürətləndirir. Öd kisəsinin durğunluğu, öd kisəsinin və öd yollarının iltihabı zamanı ödü durulaşdırır, öd yollarındakı gərginliyi azaldır ödqovucu təsir göstərərək ödün bağırsağa tökülməsini asanlaşdırır. Bu bitkinin çiçəklərindən hazırlanan daızıotu yağı isə başda yarıqların tez sağalması olmaqla bir çox xəstəliyin müalicəsi üçün istifadə edilir.

Dazıotu yağını hazırlama qaydası

100 qram təzə və ya qurudulmuş dazıotu çiçəkləri yüngülcə əzilir və üzərinə 250 qram zeytun yağı əlavə edilir. Qarışım 30 gün günəşdə saxlanılır, 30 gündən sonra süzülür. Təzə çiçəklərdən istifadə edilərək hazırlanan yağın rəngi qırmızı, qurudulmuş çiçəklərdən istifadə edilərək hazılandıqda isə sarı olacaq. Lakin hər ikisi də eyni xüsusiyyətlərə malikdir.

 Dazıotu çayını dəmləmə qaydası

1 stəkan qaynar suya 2,5-3 çay qaşığı qurudulmuş dazıotu əlavə edildikdən sonra dəmlənməsi üçün 10 dəqiqə qaynadılır. Daha sonra süzülərək istifadə olunur. Təzə bitki ilə də dazıotu çayı dəmləmək mümkündür. Ancaq su qaynadılmamalıdır. Təzə bitkinin qaynar suda bir neçə dəqiqə qalması kafidir.

Dazıotu yağının faydaları

1-Mikrob əleyhinə güclü təsir göstərir

Dazıotu yağı bakteriyaları öldürür. Çoxalmasının qarşısını alır. Bu səbəbdəndir ki, yanıqların sağalması üçün tərkibində Dazıotu yağı olan məlhəmlər istifadə edilir.

2- İltihab əleyhinə məqbuldur

İltihab əleyhinə təsir göstərir. İnfeksiyaya qarşı mübarizə aparır.

Viruslara, bakteriyalara və göbələklərə qarşı təsirlidir. Bu mikrobların dəridə yaratdığı infeksiyalardan xilas olmaq üçün istifadə edilə bilər.

3-Yaraların sağalmasını sürətləndirir

Dazıotu yağı yaraların,yanıqların və günəş şualarının əmələ gətirdiyi yanıqların sağalmasını sürətləndirir.

 4-Həzmi rahatlaşdırır

Dazıotu çayı mədə turşusunun təsirini yüngülləşdirir və həzmi asanlaşdırır.

Mədə xorası və köp problemlərini, qastrit, reflü, qəbizlik və qaz sancıları üçün istifadə edilə bilər.

5- Depressiyanı yüngülləşdirir

Dazıotu çayının yüngül və orta dərəcəli depressiya və panik atakların müalicəsində təsirli olduğu təbii tədqiqatlar nəticəsində müəyyən edilib.

Lakin müntəzəm dərman qəbul edənlər, dazıotu çayını istifadə etməzdən əvvəl psixiatr həkimlə məsləhətləşməlidirlər.

6- Klimaks şikayətlərini azaldır

Dazıotu çayı qadınların ən çətin dövrlərindən menopauza zamanı şikayətlərinin azalmasına kömək edər.

7- Dazıotu yağının dəriyə faydaları

Quru dərilər və xüsusilə çox rast gəlinən kalluslar və daban çatlarından xilas olmaq üçün istifadə edilməlidir.

8- Dərinin keyfiyyətini yaxşılaşdırır

Dazıotu yağı dərini nəmləndirir. Yaşlanma əleyhinə təsirlərə malikdir. Məsamələri sıxmağa və dərinin məsaməli görünüşünü azaltmağa kömək edər. Dərini bərabərləşdirir.

9- Saç tökülməsinin qarşısını alır

Dazıotu yağı zəngin komponentləri ilə saçları və saç köklərini qidalandırır, saçları gücləndirərək tökülməsinin qarşısını alır. Baş dərisində soyulma, kəpək və ekzema kimi problemlərin əleyhinə də istifadəsi məsləhətdir.

10- Dazıotu çayı kofein, spirt və siqaret kimi asılılıqların müalicəsində təsirlidir. Menstruasiya sancılarını azaldır. Gecə yuxusunu tənzimləyər. Yuxu problemi olanların gecə yatmazdan əvvəl bir stəkan içmələri məsləhətdir.

Dazıotu yağını dəridə necə istifadə etmək olar?

Dazıotu yağı yaraların sağalması, dəri infeksiyaları və ekzema kimi müxtəlif dəri xəstəliklərin müalicəsi üçün dəriyə tətbiq edilərək istifadə olunur.

Dazıotu yağının mənfi təsirləri

Yağı istifadə etdikdən sonra günəş şualarından qorunmaq lazımdır. Çünkü Dazıotu yağının xarici dəridə istifadəsi xüsusilə həssas dərili insanlarda günəş yanığı ehtimalını artırır. Dərinin qaralmasına səbəb ola bilər.

Dazıotu çayı isə gündə 1 və ya 2 stəkandan çox içilməməlidir.

Dazıotu yağı kimlər üçün əlverişsizdir?

Dazıotu yağını ürək-damar xəstələri, hamilə qadınlar, zahı və uşaq əmzirən qadınlar, böyrəküstü vəzi şişləri olanlar, kimyaterapiya qəbul edənlər istifadə etməməlidilər.

Dazıotu çayını isə antibiotiklər, ürək-damar və sinir sistemi müalicəsində istifadə olunan dərmanlar qəbul edənlərin içməməmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2043
avatar

Oxşar yazılar