Həyatınızı məhv edə biləcək yemək mifləri
15 aprel 2024 10:41 (UTC +04:00)

Həyatınızı məhv edə biləcək yemək mifləri

Qastroenteroloq Yevgeniya Belinskaya qida ətrafında mövcud olan miflərdən danışıb. 

Lent.az xəbər verir ki, onların əksəriyyəti arıqlamaq mövzusu ilə əlaqəlidir.

Həkimin sözlərinə görə, axşam saatlarında meyvə yeyilməməlidir. Çox adam bunu düzgün hesab etsə də, əksinə doğru vərdiş deyil. Belə məhsullar istənilən vaxt istehlak edilə bilər, lakin qəlyanaltı kimi deyil, əsas yeməklə birlikdə desert kimi yeyilməyi tövsiyə edilir. Belə edilən zaman insulinin kəskin sıçrayışına şərait yaranmayacaq.

O, həmçinin qeyd edib ki, su mədə şirəsini seyrəltmir. Ona görə də yemək yuyula bilər. Mədənin anatomiyasını və patofizioloji mexanizmləri nəzərə alaraq, su mədə tərkibinə qarışmır. Ancaq qıvrımlar boyunca 12 qatlı bağırsağa axır. Bunda görə də susuzluq hiss etdiyiniz zaman su içməyiniz məsləhətdir. 

Bundan əlavə, həkim bildirir ki, karbohidratların düşmən olduğu ifadəsi də doğru deyil. Tam taxıllarda, tərəvəzlərdə və meyvələrdə olan kompleks karbohidratlar mühüm enerji və qida mənbəyidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2856
avatar

Sevinc Fərid

Oxşar yazılar