Tanınmış həkim Artur Bernatski hazır qəhvədən imtina etməyi məsləhət görüb.
Lent.az xəbər verir ki, belə qəhvələrin tərkibində kofein yoxdur. Onlar müxtəlif başqa maddələrdən hazırlanır.
Mütəxəssisin fikrincə, üçü birində qəhvə içən insanlar tonallaşmır, əksinə yuxuya gedirlər. Belə qəhvələrin tərkibində yuxululuğa səbəb olan teobromin və kofein turşusu var.
Artur Bernatski qeyd edib ki, içkinin təsiri təbii ki, onun dozasından asılıdır. Hətta krem və ya süd əlavə edilən təbii qəhvə mədə-bağırsaq traktında fermentasiyaya səbəb ola bilər və bu proses patogen mikrofloranın inkişafında fəal iştirak edə bilər. Nəticə intoksikasiya və həzm sisteminin pozğunluqları ola bilər.
"Kofein həmçinin mədə şirəsinin istehsalını və mədəaltı vəzinin ifrazat qabiliyyətini stimullaşdırır",-deyə ekspert əlavə edib.