Fəqərə sürüşməsi nədir? - CAVAB
20 fevral 2023 19:28 (UTC +04:00)

Fəqərə sürüşməsi nədir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu fəqərə sürüşməsi ilə bağlıdır.

Fəqərə sürüşməsi nədir və hansı müalicə üsulları ilə aradan qaldırılır?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neyrocərrah Cəmil İsgəndərov məlumat verib. 

Onun sözlərinə görə, normalda onurğanı təşkil edən fəqərələr bir-birinə nisbətən tam sıralanmış şəkildə yerləşir:

"Bəzi hallarda fəqərələri bir-biri ilə birləşdirən bağ aparatında, disklərdə və s. zəifləmələr, zədələnmələr baş verdikdə onlar bir-birinə nisbətən yerini önə və ya arxaya doğru dəyişmiş olur ki, bu da tibbdə fəqərə sürüşməsi-spondilolistezlər kimi tanınır. Bu zaman onurğanın ilkin olaraq dayaq funksiyası, yük daşıma qabiliyyəti pozulduğundan müxtəlif klinik əlamətlər meydana çıxır. Fəqərə sürüşmələri adətən gəzərkən, oturarkən, müxtəlif bədən hərəkətlərinin önə əyilmə və s. icrası zamanı artan ağrılarla özünü göstərir.

Ağrılar xəstəyə çox da narahatlıq yaratmırsa, gündəlik həyat fəaliyyətinə təsir etmirsə və digər yanaşı nevroloji əlamətlər yoxdursa, cərrahi əməliyyata ehtiyac olmur. Əks halda isə cərrahi əməliyyat mütləq lazım gəlir.
Spondilolistezlər zamanı əksərən onurğanın müxtəlif implantlarla fiksasiyası əməliyyatları icra olunur. Bəzən fəqərənin sürüşmə səbəbi zədələnmiş fəqərəarası disk olarsa, onda onurğa fiksasiyasıyla yanaşı fəqərəarası diskin tam çıxarılması və ya dəyişdirilməsi – TLİF, PLİF və s. əməliyyatlar da icra oluna bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3192
avatar

Fidan İlqar

Oxşar yazılar