Ev siçanın dişlədiyi 38 yaşlı qadın öldü
15 oktyabr 2024 06:01 (UTC +04:00)

Ev siçanın dişlədiyi 38 yaşlı qadın öldü

İspaniyada 38 yaşlı qadın siçanın onu dişləməsi nəticəsində ölüb.

Lent.az xəbər verir ki, mütəxəssislər siçanın dişləməsinin nadir hallarda quduzluq və bakterial infeksiyalara səbəb ola biləcəyini bildirirlər.

Bu hadisə ev heyvanı sahiblərinin diqqətli olmasının və allergik reaksiyalara hazır olmasının vacibliyini vurğulayır. Ev heyvanları ilə əlaqəli risklərdən xəbərdar olmaq və lazımi tədbirləri görmək çox vacibdir.

Bu baxımdan İspaniyanın Vilyarreal şəhərində baş verən qeyri-adi hadisə ev heyvanları sahiblərini heyrətə salıb. Belə ki, 38 yaşlı iki uşaq anası evdə saxladığı siçanın onu dişləməsi nəticəsində dünyasını dəyişib.

Kolumbiyalı qadın siçanın onu dişləməsi ilə bağlı tibbi yardım almaq üçün 11 və 17 yaşlı uşaqları ilə xəstəxanaya gedirmiş. Lakin o, xəstəxananın qarşısında qəflətən yıxılıb.

Səhiyyə işçiləri dərhal müdaxilə etsə də, qadını xilas edə bilməyiblər. Polis hadisə yerini mühasirəyə alıb və araşdırmalara başlanılıb.

Bənzəri hallar əvvəllər də olub. 2007-ci ildə İngiltərədə bir kişi siçanın dişləməsi nəticəsində anafilaktik şok keçirib. Bu hadisə siçan dişləməsinin allergik reaksiyalara səbəb ola biləcəyini göstərdi.

Bununla belə, Britaniya Hamster Assosiasiyasının rəsmiləri belə hadisələrin son dərəcə nadir olduğunu vurğulayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7029
avatar

Oxşar yazılar