Ermənistanda COVID-19-dan təxminən 8,7 min nəfər ölüb.
Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bunu respublikanın səhiyyə naziri Anait Avanesyan parlamentin növbədənkənar iclasında “Ermənistan hökumətinin 2022-ci ildə (2021-2026) proqramının icrasının gedişi və nəticələri haqqında” hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanda COVID-19-a qarşı həyata keçirilən tədbirlərin effektivliyini düzgün qiymətləndirmək üçün təkcə ölüm göstəricisini deyil, həm də onun Ermənistanla müqayisə oluna bilən ölkələrin oxşar göstəriciləri ilə müqayisəsini əsas götürmək daha düzgün olardı.
Avanesyan vurğulayıb ki, Ermənistanda peyvəndlərin maksimum müxtəlifliyi və əlçatanlığı təmin edilib.
“Ölkəyə Avropa, ABŞ, Rusiya və Çindən peyvəndlər gətirilib. Onlar həm dövlət vəsaiti hesabına alınıb, həm də ölkəyə təmənnasız verilib”, - hökumət nümayəndəsi xatırladıb.