Əncirin bilmədiyimiz faydaları:  bu problemləri olanlar...
29 oktyabr 2022 11:43 (UTC +04:00)

Əncirin bilmədiyimiz faydaları: bu problemləri olanlar...

Yüzlərlə kiçik toxumla dolu olan əncir sağlamlığınız üçün çox vacibdir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əncir lif, həmçinin dəmir, kalsium, kalium və C, B1, B2, B6 vitaminləri ilə zəngindir. Əncir və yarpaqları müxtəlif qida maddələri ilə zəngindir və sağlamlığa faydalıdır.

Əncir həzmi tənzimləməyə, ürək sağlamlığını qorumağa və qan şəkərini idarə etməyə kömək edir.

Tərkibində minerallar, vitaminlər və antioksidanlar var.

Həzm problemlərini azaldır. Əncirdə olan yüksək miqdarda kalsium sümük sağlamlığı üçün idealdır.

Gündə 2 qurudulmuş əncir yemək lazımi miqdarda kalsium almağa kömək edəcək.

Əncir qan təzyiqinə sabitləşdirici təsir göstərir. Həmçinin yüksək qan təzyiqini aşağı salır.

Damar və ürək sağlamlığını yaxşılaşdıra bilər. Güclü antioksidanlarla zəngin olan əncirin ürək-damar sağlamlığı üçün faydalı olduğu düşünülür.

Arıqlamağa kömək edir və toxluq hissi yaradır.

Qurudulmuş əncir B6 vitamini ilə zəngin olduğundan bədəndəki xolesterol səviyyəsini qoruyur və bu da qidanın asanlıqla həzm olunmasına gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2811
avatar

Arzu Qurbanlı

Oxşar yazılar