Ebola   epidemiyası yayıldı - 65 nəfər öldü
15 may 2026 16:04 (UTC +04:00)

Ebola epidemiyası yayıldı - 65 nəfər öldü

0

Afrikada ebola epidemiyası yayılıb.

Lent.az xarici mediaya mediaya istinadla xəbər verir ki,  Konqo Demokratik Respublikasının İturi əyalətində indiyədək təxminən 246 yoluxma və 65 ölüm halı qeydə alınıb.

Yoluxmalar əsasən qızıl mədənlərinin yerləşdiyi Monqvalu və Rvampra şəhərlərində müşahidə olunur.

Qeyd edək ki, virus ilk dəfə 1976-cı ildə indiki Konqo Demokratik Respublikası ərazisində aşkarlanıb və onun yarasalardan yayıldığı ehtimal edilir. Hazırkı epidemiya ölkədə qeydə alınan 17-ci Ebola yayılması hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, virus bədən mayeləri ilə birbaşa təmas nəticəsində ötürülür və ağır qanaxma, eləcə də orqan çatışmazlığı yarada bilər. Xəstəliyin ilkin əlamətlərinə yüksək hərarət, halsızlıq, əzələ ağrıları, baş ağrısı və boğaz ağrısı daxildir.

Son 50 ildə Afrikanın müxtəlif ölkələrində baş verən ebola epidemiyaları nəticəsində təxminən 50 min insan həyatını itirib. Konqo Demokratik Respublikasında ən ağır epidemiya isə 2018-2020-ci illərdə baş verib və həmin dövrdə təxminən 2300 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar