Dünyada insan ölümünün ən çox yayılan ikinci SƏBƏBİ
27 noyabr 2022 18:22 (UTC +04:00)

Dünyada insan ölümünün ən çox yayılan ikinci SƏBƏBİ

Beynəlxalq tədqiqat qrupu dünyada ölüm hallarının ikinci səbəbini açıqlayıb.

Lent.az bildirir ki, araşdırmanın nəticələri “The Lancet”də dərc olunub.

Bildiyiniz kimi, ölümün ən çox yayılmış səbəbi işemik ürək xəstəliyidir, o cümlədən infarkt. İndi elm adamları yayılmış ikinci ən ümumi səbəbi müəyyənləşdiriblər, bu, müxtəlif  bakterial infeksiyalardır.
 
2019-cu ildə hər səkkiz ölümdən biri (7,7 milyon, 13,6 faiz) patogenlər səbəbindən baş verib.

Bu halların yarısı staphylococcus aureus (sferik, hərəkətsiz və aerob (havada mövcud ola bilən) bakteriyadır və uşaqlarda və daha az hallarda böyüklərdə müxtəlif xəstəliklərə səbəb olan Qram-müsbət ləkədir-red.), escherichia coli (əksər isti qanlı heyvanların aşağı bağırsaqlarında geniş yayılmış qram-mənfi, çubuqşəkilli bakteriyaların bir növü-red.), streptococcus pneumoniae (streptococcus cinsindən bir bakteriya növü-red.), klebsiella pneumoniae (klebsiella cinsinə aid olan qram-mənfi fakultativ anaerob çubuqşəkilli kapsulvari hərəkətsiz bakteriyalar-red.) və pseudomonas aeruginosa (qram-mənfi, aerob, hərəkətli, çubuqşəkilli bakteriyalar-red.) ilə yoluxma ilə əlaqədardır.

Kasıb və zəngin bölgələr arasında kəskin fərqlər xüsusilə diqqəti cəlb edir. Afrikasınnın cənubundakı ölkələrdən Saharaya qədər bakterial infeksiyalardan hər 100.000 nəfərə 230 ölüm qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, Qərbi Avropa, Şimali Amerika və Avstraliyada bu rəqəm 52-yə uyğundur.

Müəlliflər yeni peyvəndlər də daxil olmaqla, maliyyənin artırılmasına, həmçinin antibiotiklərin əsassız istifadəsinə qarşı ehtiyatlı olmağa çağırıblar. Əllərin yuyulması əsas profilaktik tədbir kimi qeyd edilib.
 
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2748
avatar

Oxşar yazılar