Diz ağrısını azaltmaq üçün TƏBİİ MÜALİCƏ  üsulları
10 mart 2022 09:11 (UTC +04:00)

Diz ağrısını azaltmaq üçün TƏBİİ MÜALİCƏ üsulları

 Diz insanın təbii sistematik təşkil olunmuş ən böyük oynaqlarından biridir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, dizlərdəki ağrının növləri əsasən onun yaranma səbəbi ilə əlaqədardır. Gün boyu müxtəlif hərəkətlər, pilləkən qalxıb-enmək, avtomobilə minib-düşmək, uzun müddət dizi bükük vəziyyətdə oturmaq və s. diz qapağı və içindəki anatomik strukturlara ciddi təsir edə və ağrı yarada bilir. Belə vəziyyətlə qarşılaşarkən ilk növbədə görüləsi iş həkimə müraciət etmək, analizlər vermək və buna əsasən müalicəyə başlamaqdır. Bundan başqa, diz ağrısına faydalı olduğu uzun illərin təcrübəsindən keçmiş təbii vasitələr də var. Onlardan bəzilərini sizə təqdim edirik.

Soyuq terapiya

  Xüsusilə ani zərbə və ya yıxılma nəticəsində başlayan diz ağrısını soyuq bir şey azalda bilir. Bunun üçün buz parçalarını torbaya qoyub ağrıyan yerdə bir az saxlamaq lazımdır.

Bamya toxumu və çayı

  Alimlərin araşdırmalarına görə, bamya toxumu başda diabet olmaqla, sümük, əzələ və oynaqların sağlamlığına dəstək verir. Bamya toxumunun çayı içildikdə dizlərdə maye itkisi nəticəsində yaranan diz ağrıları yox olur. Ancaq bu çayın istifadəsi 2 həftədən sonra bir həftə dayandırılmalı, sonra davam edilməlidir.

  Bamya toxumu çayını necə hazırlanır? Gecə yatmazdan əvvəl 9-10 ədəd bamya toxununu bir stəkan suya atıb səhər yuxudan oyanınca içmək lazımdır.

  Tövsiyə edilən digər resept isə budur: 9-10 ədəd bamya toxumu toz halına gətirilir, 1 xörək qaşığı bal və 1 çay qaşığı zeytun yağı ilə qarışdırılaraq 2-3 aya qədər bir həftəlik fasilələrlə gündə bir qaşıq qəbul edilir.

Zəncəfil və zəncəfil yağı

  Diz ağrısının səbəbi iltihabdırsa, zəncəfil yağı ilə bu ağrıları azaltmaq mümkündür. Diz qapağına və ətrafına bir neçə damcı zəncəfil yağı tökülür və ağrılı nahiyə dairəvi hərəkətlərlə masaj edilir.

  Təzə üyüdülmüş zəncəfil çayı da bal və zeytun yağı ilə qarışdırılıb içiləndə xeyri olur.

Sarıkök və sarıkök-efir yağı

  Sarıkök efir yağı ağrıyan nahiyəyə çəkilir. Bir kasa qatığa bir çay qaşığı sarıkök də qarışdırılaraq gündə bir dəfə içilməsinin faydası var.

Çinar yarpağı və çayı

  Çınar yarpağı, xüsusilə xalq arasında “əhənglənmə” olaraq tanınan osteo artrit və revmatizmə qarşı təsirlidir.  

  Bir neçə çinar yarpağı suda 5 dəqiqə qaynadılır və əldə edilən tünd məhlul ağrılı nahiyəyə çəkilir.

  Bir stəkan qaynar suya 1-1,5 xörək qaşığı qurudulmuş çinar yarpağı töküb dəmlədikdən 10 dəqiqə sonra içildiyində də faydası var.

Alma sirkəsi və zeytun yağı

  Diz ağrıları üçün təbii müalicə üsullarından biri də alma sirkəsi və zeytun yağı qarışığıdır.

  Alma sirkəsi ilə zeytun yağı qarışdırılıb ağrılı nahiyəyə çəkilir. Həm də bir çay qaşığı alma sirkəsi bir stəkan suya əlavə edilərək içilir.

Xardal yağının da dizə sürtülərək masaj edilməsi ağrını azaldır.

Kərəviz və qatıq

  Diz ağrılarına bədəndə çox miqdarda sidik turşusu yığılması da səbəb ola bilir. Kərəviz sidik turşularının sürətlə xaric olmasını təmin etdiyi üçün belə hallarda sürtgəcdən keçirilmiş kərəvizi qatıqla qarışdırıb qəbul etmək məsləhətdir.

İtburnu çayı da ağrıkəsici xüsusiyyətə malikdir. Dizdə ağrı hiss edincə bir stəkan itburnu çayı içmək ağrını azaldır.

Kokos yağının da diz və oynaq ağrılarının müalicəsində təsirli olduğu və tərkibindəki vitaminlər sayəsində ağrıları aradan qaldırdığı məlumdur.

Nanə yağı

  Dizlərdəki ağrıları nanə yağı ilə də azaltmaq mümkündür. Bunun üçün ağrılı nahiyə nanə yağı ilə masaj edilməlidir.

# 5115
avatar

Oxşar yazılar

Bədəndə dəmir çatışmazlığının  əlamətləri və təhlükəliləri

Bədəndə dəmir çatışmazlığının əlamətləri və təhlükəliləri

25 may 2024 , 16:15
Hansı qidalar insanı xoşbəxt  edir?

Hansı qidalar insanı xoşbəxt edir?

25 may 2024 , 12:40
Xərçəngdən qorunmağın YEGANƏ YOLU

Xərçəngdən qorunmağın YEGANƏ YOLU

24 may 2024 , 19:07
İnfarktın  qarşısını alan   MƏHSUL

İnfarktın qarşısını alan MƏHSUL

24 may 2024 , 16:44
Çiyələyi həddindən artıq yemək  nələrə səbəb olur?

Çiyələyi həddindən artıq yemək nələrə səbəb olur?

24 may 2024 , 13:37
Uşaqlarda  panik atak   baş verməsinin ƏLAMƏTLƏRİ

Uşaqlarda panik atak baş verməsinin ƏLAMƏTLƏRİ

24 may 2024 , 13:15
İnsanın düşüncələrinin SAĞLAMLIĞINA ƏKS TƏSİRİ

İnsanın düşüncələrinin SAĞLAMLIĞINA ƏKS TƏSİRİ

24 may 2024 , 10:52
Şorba ilə arıqlamaq mümkündürmü?

Şorba ilə arıqlamaq mümkündürmü?

24 may 2024 , 09:35